Sizin link burada

Ukraynada türk əsgərlərinə aid məzarlıq tapıldı

 

 

140 il sonra Ukraynanın Vinitsa şəhərində türk əsgərlərinə aid məzarlıq tapılıb.

 

Lent.az Haber7-yə istinadən bildirir ki, 49 əsgərin dəfn edildiyi məzarlığın 1877-78-ci illər rus-Osmanlı müharibəsi dövrünə aid olduğu ehtimal edilir. Hətta məzarlıqda burada uyuyan türk əsgərlərinin xatirəsinə kiçikölçülü abidənin qoyulduğu da vurğulanır. Abidənin həmin dövrün şəhər başçısı tərəfindən onların qəhrəmanlığının şərəfinə qoyulduğu deyilir.

 

Araşdırmaçıların sözlərinə görə, tarixdə 49 türk əsgərinin rus ordusuna əsir düşməsi və burada ölmələri ilə bağlı məlumatlar var. Tarixçilər məzarlığın məhz həmin türk əsgərlərinə aid olduğunu iddia edirlər.

 

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>