Sizin link burada

“Opel” 59 yaşlı kişini vurdu

Gəncədə avtomobil piyadanı vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə Yeni Gəncə qəsəbəsindən Poçt qəsəbəsinə gedən yolda qeydə alınıb.

 

Yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Oqtay Həsənov hərəkətdə olan “Opel” markalı avtomobil tərəfindən vurulub. Sürücü xəsarət alan şəxsi dərhal xəstəxanaya çatdırıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>