Sizin link burada

Azərbaycana gələn şəxsdən narkotik tapıldı

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitə­lərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. Lent.az DSX-nın saytına istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin sərhəd nəzarətinin əməkdaşlarının sayıqlığı və vəzifə borclarının icrasına məsuliyyətlə yanaşması nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Belə ki, “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından rəsmi qaydada Azərbaycan Respublikasına gələn 1979-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Əzizov Gülmirzə Adil oğlu saxlanılıb və şəxsi baxış nəticəsində üzərində 2500 qram tiryək, 500 qram heroin aşkar olunub.

 

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>