Sizin link burada

"Paşinyan haqlıdır, xətalarım oldu" - Serj Sarkisyan

 

 
"Hörmətli vətəndaşlar, dəyərli erməni xalqı, günlərdir küçələrdə "Serj, rədd ol" şuarı səslənir. Eşidin, mən istefa verirəm".
 
Lent.az news.am-a istinadən bildirir ki, bunu Ermənistanın keçmiş baş naziri Serj Sarkisyan deyib. Sarkisyan xalqa ünvanlanan rəsmi bəyanatında onu da deyib ki, baş verən hadisələrə ən doğru qiyməti tarix verəcək:
 
"Nikol Paşinyan doğru deyir, xətalarım oldu. Bunu etməməliydim. Ona görə də liderlikdən və baş nazirlikdən istefa verirəm. Bir sözlə, israrları qarşısında küçə hərəkatı iştirakçılarının tələbini yerinə yetirirəm".
 
 

***

 

16:16

 

Ermənistanın indiki baş naziri Serj Sarkisyan istefaya gedib. 

Ermənistanın yeni seçilmiş baş naziri Serj Sarkisyan istefaya getdiyini şəxsən özü təsdiqləyib.

 

Lent.az aravot.am-a istinadən bildirir ki, Serj Sarkisyan ölkədə yaranmış vəziyyəti nəzərə alaraq belə bir addım atdığını deyib. Bu barədə rəsmi məlumat Ermənistanın hökuməti tərəfindən də təsdiqlənib.

İstefa xəbəri etirazçılara çatdırılıb və onlar bunu alqışlarla qarşılayıblar.  

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>