Sizin link burada

“Azərbaycan Avtomobil Yolları” yerli icra strukturlarından narazıdır - VİDEO

2016-cı ilin sonunda istifadəyə verilən Ramana-Maştağa avtomobil yolunda yerli icra strukturlarının biganəliyi və işinə səhlənkar yanaşması nəticəsində yolun asfalt-beton örtüyü sıradan çıxır. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, yolun tikintisi zamanı səth sularının toplaşdığı ərazidə suyun kənarlaşdırılması üçün xüsusi quyu inşa edilib. Quyuya yığılan su kütləsi nasos vasitəsi ilə yaxınlıqdan keçən su kanalına axıdılır. Lakin yerli icra strukturlarının biganəliyi nəticəsində yağıntılı havalardan sonra həmin nasos işə salınmır.

 

Nəticədə isə atmosfer yağıntılarından əmələ gələn su kütləsi yolun hərəkət hissəsinə dolur. Bu isə həm vətəndaşların rahat gediş-gəlişinə mane olur, həm də tədricən asfalt-beton örtüyünün sıradan çıxmasına gətirib çıxarır.

 

Problemin qısa müddət ərzində aradan qaldırılması üçün aidiyyəti üzrə Agentlik rəsmi şəkildə müraciət edib.

LENT

23 May 2018

Digər xəbərlər >>>