Sizin link burada

Ermənistanda baş verənlər bu ölkənin daxili işidir - Kreml

Kreml Ermənistanda baş verən hadisələrə münasibət bildirib.
 
 
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda baş verən hadisələri bu ölkənin daxili işi adlandırıb.
 
 
 
"Bu, istisnasız olaraq Ermənistanın daxili işidir", - deyə Kremlin sözçüsü Rusiyanın Ermənistanda baş verən etirazların regiondakı vəziyyətə təhlükə kimi görüb-görməməsi ilə bağlı suala cavabında bildirib. 
 
 
Bununla yanaşı D. Peskov Rusiyanın bu ölkədə baş verənləri diqqətlə izlədiyini qeyd edib: "Ermənistan bizim yaxın müttəfiqimizdir, Avrasiya İqtisadi Birliyinin iştirakçısıdır. Ona görə də, əlbəttə ki, bizim üçün bu ölkə hədsiz vacibdir. Biz orada baş verənləri diqqətlə müşahidə edirik".

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>