Sizin link burada

"11 siyasi partiya illik hesabat verməyib" - MSK

“Aprelin 1-nə qədər siyasi partiyalar ötən illə bağlı illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməli idi. Hazırkı vəziyyətdə 55 siyasi partiyadan 44-ü maliyyə hesabatlarını təqdim edib. Bu partiyalardan 42-si maliyyə hesabatlarını qanunla müəyyən olunmuş dövrdə, yəni aprelin 1-nə qədər, 2-i isə həmin müddətdən sonra verib”.

 

Bunu APA-ya MSK sədrinin müavini Natiq Məmmədov bildirib.

 

N. Məmmədov deyib ki, 11 siyasi partiya maliyyə hesabatını indiyə qədər bu və ya digər səbəbdən təqdim etməyib: “Mərkəzi Seçki Komissiyası siyasi partiyaların maliyyə hesabatlarının keyfiyyətinin artırılması və hesabatların aprelin 1-nə qədər təqdim olunması istiqamətində səylərini gücləndirəcək. Siyasi partiyaların təqdim etdikləri maliyyə hesabatları Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilir və partiyaların maliyyə hesabatları ilə tanış olmaq mümkündür. Mərkəzi Seçki Komissiyası siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsinin nizamlı vəziyyət düşməsi üçün bir sıra kriteriyalar üzrə iş aparıb. Partiyaların hesabatlılığı ildən ilə artır”.

 

 

MSK sədrinin müavini qeyd edib ki, indiyə qədər maliyyə hesabatlarını təqdim etməyən 11 siyasi partiyanın bundan sonra maliyyə hesabatlarını təqdim etmələri də qadağan deyil: “Siyasi partiyaların maliyyə hesabatları ilə bağlı aprelin 1-nə qədər olan dövr qanunla müəyyən olunmuş dövr hesab edilir. Aprelin 1-dən sonra da partiyaların maliyyə hesabatlarını təqdim etmələri qadağan deyil. Sadəcə, Mərkəzi Seçki Komissiyası maarifləndirmə və digər tədbirləri həyata keçirir ki, aprelin 1-nə qədər fəaliyyətdə olan partiyalar maliyyə hesabatlarını təqdim etsinlər. Bundan sonra təqdim edilən maliyyə hesabatları da qiymətləndiriləcək və uyğun addımlar atılacaq”.  

 

Qeyd edək ki, Azərbaycanda 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Qanunvericiliyə əsasən, 2015-ci ildən başlayaraq, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidir. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>