Sizin link burada

Ermənistanda vəziyyət gərginləşir: spiker həbsdəki deputatlarla görüşdü

"Dünən axşam saatlarında təcridxanada həmkarlarım Sasun Mikaelyan, Ararat Mirzoyan və Nikol Paşinyanla görüşdüm. Hər şeydən əvvəl Paşinyanın ziyarətinə həkim kimi getdim".

 

Lent.az tert.am-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ara Babloyan deyib. Parlament sədrinin təcridxanada saxlanılan millət vəkilləri ilə qısa dialoqu baş tutub. Babloyan etirazçıların lideri və digər millət vəkilləri ilə aralarında olan söhbət barədə jurnalistlərə ətraflı məlumat verməyib:

 

"Hər şeydən əvvəl mən babayam, onları ziyarət etməyi özümə vicdan borcu bildim. Həkim olaraq onların səhhətində hər hansı problemlərinin olub-olmadığını soruşdum. Onlar mənim iş yoldaşlarımdır. Bir yerdə çalışmışıq. Onlara çatası tövsiyələrimi verdim. Təkliflərimi etdim. Ümid edirəm ki, bu yöndəki müraciətim müsbət nəticələnəcək".

 

 

Qeyd edək ki, ötən gün baş nazir Serj Sarkisyanla görüşdən sonra İrəvandakı etiraz aksiyalarının əsas siması Nikol Paşinyan və onunla eyni cəbhədə yer alan daha iki millət vəkili həbs edilib. 14 gündür Ermənistanda davam edən etiraz aksiyalarının əsas tələbi baş nazir Serj Sarkisyanın istefasıdır.

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>