Sizin link burada

BMT-nin Əhali Fondu media üçün praktiki seminar elan edir

Qalib iştirakçı Türkiyədə təcrübə imkanı qazanacaq  
 
BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi "MediaLink” şirkəti ilə birlikdə çap və rəqəmsal media sahəsində fəaliyyət göstərən bloqqerlər, vloqqerlər və jurnalistlər üçün “Gender əsaslı cins seçimi mövzüsunun işıqlandırılması üzrə media işçilərinin bacarıqlarının artırılması”na həsr olunmuş 2 günlük praktik seminar təşkil edəcək. 
 
Lent.az-ın xəbərinə görə, praktik seminar Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Oğlan Uşaqlarına Verilən Üstünlüyün Qarşısının Alınması və Qızların Dəyərinin Təbliği üzrə” Qlobal Proqram çərçivəsində təşkil olunacaq. Layihənin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi probleminin və doğulan uşaqlar arasında gender əsaslı cins seçiminin aradan qaldırılması məqsədilə həyata keçirilən milli təşviqat kampaniyasına medianı cəlb etməkdir. 
 
“BMT-nin Əhali Fondu artıq bir neçə ildir ki, doğulanlar arasında cins nisbətinin pozulması, selektiv abortların qarşısının alınması və qız uşaqlarının dəyərinin artırılması mövzusunda həyata keçirdiyi ölkəmiqyaslı layihələr çərçivəsində media ilə iş komponentinə böyük üstünlük verir. Bu strategiyamızın nəticəsi olaraq biz sözügedən problemlərin daha geniş müzakirəsinə və daha böyük auditoriyaya çatdırılmasına nail ola bilmişik. Məlum olduğu kimi, sözügedən məsələnin işıqlandırılmasında və bu sahədə ictimai məlumatlılığın artırılmasında medianın rolu danılmazdır. Biz, istər ənənəvi, istərsə də yeni media vasitələrini oğlan uşaqlarına üstünlük verilməsi problemi və doğulanlar arasında gender əsaslı cins seçiminin aradan qaldırılması istiqamətindəki milli təşviqat işində bu dəfə də fəal iştirak etməyə çağırırıq”, - deyə BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyin baş müşaviri Fərid Babayev bildirib. 

salam

24-25 may tarixlərində Bakıda keçiriləcək praktik seminar vasitəsilə insan haqları, gender ayrı-seçkiliyi, gender əsaslı zorakılıq və s. bu kimi mövzuları işıqlandıran media nümayəndələrinin doğulan uşaqların cins nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlılığının artırılması nəzərdə tutulub. Bununla yanaşı, iştirakçılara ənənəvi və yeni media vasitələrinin, sosial media alətlərinin bu mövzudakı təşviqat işində istifadə olunması üçün praktik biliklər veriləcək.       
 
Təlim bitdikdən sonra iştirakçılar arasında müsabiqə təşkil olunacaq və ən yaxşı yazı, foto və ya video materialın qalibi müəyyən ediləcək. Qalib Türkiyədəki böyük media holdinqlərdən birinə qısamüddətli təcrübə keçmək imkanı qazanacaq. 
 
Təlimdə iştirak etmək istəyən jurnalistlər, vloqqer və bloqqerləri may ayının 2-si saat 18.00-a kimi özləri  haqda məlumatı, eyni zamanda gender problemləri sahəsində bundan əvvəl hazırladıqları yazı və video/foto materialı media-link@hotmail.com ünvanına göndərə bilərlər. Yazıları Azərbaycan və rus dilində təqdim etmək olar. Praktiki seminar iştirakçıların seçimi may ayının 10-dək başa çatacaq və yalnız iştirak hüququ qazanmış şəxslərlə əlaqə saxlanılacaq.    
   

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>