Sizin link burada

Axtarışda olan şəxs xəstəxanadan qaçıb

Salyanda bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən şəxs xəstəxanadan qaçıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, həmin şəxsin 2017-ci ilin dekabrında mənzildən pul oğurlamaqda şübhəli bilinən və  barəsində axtarış elan edilən Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü Qəmbərov Həsən Sakit oğlu olduğu müəyyənləşib.

 

Məlum olub ki, o, aprelin 20-də polis tərəfindən saxlanılarkən özünə bıçaqla xəsarət yetirib. Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Həsən Qəmbərova tibbi yardım göstərilərək cərrahiyə şöbəsinə yerləşdirilib və o, bu gecə müəmmalı şəraitdə  xəstəxanadan qaçıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

LENT

23 May 2018

Digər xəbərlər >>>