Sizin link burada

Ermənistan prezidentindən etirazçılara çağırış

 

 

Ermənistan prezidenti Armen Sarkisyan ölkədəki vəziyyətin təhlükəli həddə çatdığını bildirərək, tərəfləri təmkinli olmağa və dialoq qurmağa çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Armen Sarkisyanın bəyanatı prezidentin rəsmi saytında dərc edilib.   

 

“Ölkəmizdəki proseslər təhlükəli həddə çatıb, bu çox ciddi fəsadlarla nəticələnə bilər. Təəssüf ki, ötən gün əldə olunan razılaşma və danışıqlar pozulub. Dialoq vəziyyətin sabitləşməsinə və gərginliyin azaldılmasına gətirib çıxara bilərdi”, - deyə Ermənistan prezidenti qeyd edib.   

 

A.Sarkisyan ölkədə sabitliyin pozulmasına gətirib çıxara biləcək destruktiv davranışa yol verməməyə, dialoq axtarışını davam etdirməyə çağırıb: “Bütün vətəndaşları, diaspordakı həmvətənlərimizi vəziyyəti gərginləşdirmək cəhdlərinə yol verməməyə, təmkinlik nümayiş etdirməyə çağırıram”, - deyə prezidentin bəyanatında deyilir.  

 

Qeyd edək ki, bu gün İrəvanın Erebuni rayonunda  polis yürüş keçirən aksiyaçıların qarşısını kəsib və toqquşma baş verib. Qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb, 200-dən çox etirazçı saxlanılıb. Aksiyalara rəhbərlik edən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan da saxlanılıb və ona qarşı ictimai asayişi pozmaqla bağlı ittiham irəli sürülüb. Ermənistan Baş Prokurorluğu parlamentin deputatları Sasun Mikaelyan i Ararat Mirzoyanın da saxlanıldığını açıqlayıb.

 

Bundan əvvəl  S. Sərkisyan və müxalifət lideri Nikol Paşinyan arasında görüş keçirilib. Cəmi 3 dəqiqə davam edən görüşdə N. Paşinyan S. Sərkisyanın istefa verməsini tələb edib. S. Sərkisyan isə bu tələbi qəbuledilməz adlandırıb və görüşü tərk edib.

 

Xatırladaq ki, S. Sərkisyanın baş nazir seçilməsinə ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb.

 

 

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>