Sizin link burada

Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gecə Sabirabad sakini, 1992-ci il təvəllüdlü Məmmədli Orxan Rasim oğlu hələlik istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

 

O. Məmmədli döş qəfəsini dəlib-keçən, ürək və ağ ciyərin zədələnməsi diaqnozu ilə Şirvan mərkəzi şəhər xəstəxanasında əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hələlik hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

 

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>