Sizin link burada

Göygöldə minik və yük avtomobilləri toqquşub: xəsarət alan var

Göygöldə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində, "Mal bazarı" adlanan ərazidə baş verib.

 

Hərəkətdə olan “VAZ21015” markalı minik və “Mercedes” markalı yük avtomobilinin toqquşması nəticəsində “VAZ21015” -də olan sərnişin, 1977-ci il təvəllüdlü Əziz İsgəndərov bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

LENT

23 May 2018

Digər xəbərlər >>>