Sizin link burada

Ərdoğan: "ABŞ Türkiyə üçün təhlükədir"

Türkiyəyə təhlükə, ilk növbədə, strateji tərəfdaşlarından gəlir.  APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın YPG terrorçularına hərbi dəstəyini nəzərdə tutaraq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

 

“Təhlükə hardan gəlir? Təhlükə ilk növbədə strateji tərəfdaşlarımızdan gəlir... Biz öz pulumuzla ABŞ-dan silah ala bilmədiyimiz halda, Amerika və koalisiya silah-sursatı terror qruplaşmalarına pulsuz verir”, - deyə Ərdoğan qeyd edib.

 

Onun sözlərinə görə, ABŞ Suriyanın şimalındakı kürd terrorçularına silah-sursatla dolu 5 000 yük maşını göndərib.

 

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>