Sizin link burada

Mikroavtobus "VAZ"la toqquşdu: yaralananlar var - YENİLƏNİB

Goranboyda mikroavtobus və "VAZ 2107" markalı minik  avtomobilinin toqquşması nəticəsində ağır xəsarət alan şəxslərin kimliyi bəlli olub. APA-nın xəbərinə görə, vəziyyəti ağır olan  şəxs 1994-cü il təvəllüdlü Qurbanzadə Toğrul Eynulla oğludur,  vəziyyətləri kafi olan - 1992-ci il təvəllüdlü Quliyev Fuad Faiq oğlu, 1994-cü il təvəllüdlü Şəkərli Aqil Novruz oğludur.  

 

Faktla bağlı araşdırma aparılır.

 

 

****** 02.39

 

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndində baş verib.

 

İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus və "VAZ 2107" markalı minik  avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>