Sizin link burada

Ermənistan müxalifəti aksiyaları davam etdirəcək

Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı keçirilən aksiyalara rəhbərlik edən müxalifət lideri Nikol Paşinyan prezidentlə görüşündən sonra etirazların aprelin 22-də də davam etdiriləcəyini bəyan edib.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan tərəfdarlarından hakimiyyətlə danışıqlarda onu səlahiyyətləndirməyi xahiş edib.  

 

Prezidentlə keçirdiyi qısa danışığının nəticələrindən bəhs edən N.Paşinyan qeyd edib ki, hakimiyyətlə danışıqların mövzusu yalnız baş nazirin istefası məsələsi ola bilər.

 

“Hakimiyyətlə danışıqlarda mövqeyimizi möhkəmləndirmək üçün sabah saat 11-dən etibarən güclü aksiya keçirəcəyik”, - deyə Paşinyan qeyd edib.  

 

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>