Sizin link burada

Piyadanı vurub qaçdı

Astarada piyadanı avtomobil vurub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Təngərüd kəndində qeydə alınıb. Həmin kənd sakini, 1961-ci il təvəllüdlü Elman Mirbaba oğlu Ağayevi avtomobil vurub. O, ağır vəziyyətdə sürücü tərəfindən Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

 

Hazırda E. Ağayevə tibbi yardım göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>