Sizin link burada

"Bakı-Moskva" təyyarəsi məcburi eniş etdi

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi Sankt-Peterburqun "Pulkovo" hava limanında məcburi eniş edib.
 
 
 
AZAL-dan  Lent.az-a verilən məlumata görə, Moskvanın "Vnukovo" hava limanında (VKO) əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın J2-830 reysi "Pulkovo" hava limanına (LED) uğurlu eniş edib.
 
 
 
“Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Sankt-Peterburqdan Moskvaya yola düşəcək”, - deyə məlumatda vurğulanıb.

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>