Sizin link burada

Moskvada güclü qasırğa: ölən və yaralananlar var

Moskvada güclü qasırğa nəticəsində biri uşaq olmaqla 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 14 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan üçü uşaqdır.  

 

Yağışla müşayiət olunan güclü külək yüzlərlə ağacı aşırıb, bir çox binanın damını uçurub, elektrik naqilləri qırıb və sair fəsadlar törədib.

 

Qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülüb.

 

LENT

23 May 2018

Digər xəbərlər >>>