Sizin link burada

Dəm qazından daha bir zəhərlənmə

Goranboyda dəm qazından zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qızılhacılı kənd sakini, 20 yaşlı Nərgiz adlı qız dəm qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

 

Məlumata görə, gənc qız yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

 

LENT

23 May 2018

Digər xəbərlər >>>