Sizin link burada

Dərbənddə əməliyyat: 9 silahlı məhv edildi

Dağıstanın Dərbənd şəhərində keçirilən xüsusi əməliyyat zamanı 1 May bayram tədbirlərində terror aktı planlaşdıran 9 silahlı məhv edilib. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Milli Antiterror Komitəsinin məlumatında bildirilir.        

 

Məlumata görə, polislərin təslim olmaq çağırışına avtomatla atəş açan silahlılar cavab atəşi ilə məhv edilib.  

 

Əməliyyat zamanı polis və dinc əhali arasında itki olmayıb, bir asayiş keşikçisi yüngül yaralanıb.  

 

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>