Sizin link burada

İki gənc idmançı dənizdə itkin düşüb - 4 gündür xəbər yoxdur

Aprelin 18-də Sumqayıt şəhərində yaşayan gənc idmançı 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirli itkin düşüb.

 

Lent.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə, onlar günorta saat 1 radələrində dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar.

 

Həmin gündən sonra onlardan bir daha xəbər alınmayıb.

 

İki idmançının itkin düşməsi barədə aidiyyatı qurumlara məlumat verilib. Lakin 4 gündür aparılan axtarışlardan nəticə əldə olunmayıb.

LENT

23 May 2018

Digər xəbərlər >>>