Sizin link burada

Filmə çəkilən, 4 xarici dil bilən 71 yaşlı yeni baş nazir - TAM DOSYE

 

 

Azərbaycanın 28-ci baş naziri Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov oldu.

 

Lent.az yeni baş nazirin tam dosyesini təqdim edir:

 

Novruz Məmmədov 1947-ci il martın 15-də Babək rayonunun Şıxmahmud kəndində anadan olub.

 

1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

 

Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb, 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.

 

1997-ci il aprelin 12-dən Prezident Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub.

 

2002-ci ilin yanvarında ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.

 

Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa prezidenti Jak Şirak tərəfindən  "Fəxri Legion" ordeni ilə təltif edilib. O, 2005-ci ilin sentyabrından YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür.

 

Novruz Məmmədov 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət", 2017-ci ildə isə "Şərəf" ordenləri ilə təltif edilib.

 

2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunub.

 

Novruz Məmmədov 2017-ci il iyunun 1-dən Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiridir.

O, həm də Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir. Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.

 

Novruz Məmmədov həm də 1995-ci ildə ekranlaşdırılan "Fransız" filmində Fransa səfirliyinin əməkdaşı rolunu ifa edib.

 

Evlidir. Üç övladı və nəvələri var.

 

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>