Sizin link burada

Piyadanı vurub qaçdı, 3 gün sonra tapıldı

Saatlıda piyadanı vurub öldürməkdə şübhəli bilinən sürücü saxlanılıb.

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, aprelin 17-də Saatlı rayonunun Qara Nuru kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Habil Məmmədov vurulub.

 

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü - İmişli rayon sakini Qədir Quliyev saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>