Sizin link burada

Qubada elektrik naqili oğurlayan şəxslər tutuldu

Qubada elektrik naqili oğurlayan şəxslər həbs edilib.

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 17-də rayon ərazisindəki evlərin birindən 1600 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Sabir Orucov, Taleh Abıyev və Qalib Əlibəyov saxlanılıb.

 

Q.Əlibəyovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi Zöhrab Həsənovla birgə daha bir evdən 700 metr elektrik naqili oğurlaması da müəyyən edilib.

 

Görülmüş tədbirlərlə Z.Həsənov saxlanılıb.

 

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>