Sizin link burada

Gürcüstan vətəndaşı Bakıda qəza törətdi: 2 ölü

 

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, aprelin 21-də saat 01 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin idarə etdiyi “Renault” (yük) və Bakı şəhər sakini Eldar Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Əliyev və sərnişini, paytaxt sakini Pərviz Məmmədov orada ölüb.

 

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

LENT

23 May 2018

Digər xəbərlər >>>