Sizin link burada

“Espanyol” baş məşqçini qovdu

Barselonanın “Espanyol” klubu baş məşqçisi Kike Sançes Floresi istefaya göndərib.

 

APA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.

 

Məlumata görə, baş məşqçi postunu müvəqqəti olaraq ehtiyat komandanı çalışdıran  David Qalyexo tutacaq.

 

İstefaya səbəb komandanın uğursuz çıxış etməsidir. “Espanyol” hazırda İspaniya çempionatında 36 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, 53 yaşlı mütəxəssis 2016-cı ildə “Espanyol”a gətirilib. Bundan əvvəl müxtəlif illərdə Kike Sançes Flores “Valensiya”, “Benfika”, “Atletiko Madrid”, “Uotford” kimi klublara rəhbərlik edib.

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>