Sizin link burada

Vaşinqtonda ABŞ-Rusiya görüşü

Bu gün Vaşinqtonda ABŞ dövlət katibinin müavini Tomas Şennon və Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov arasında görüş keçirilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, söhbət zamanı tərəflər ikitərəfli əlaqələr, o cümlədən strateji sabitlik məsələlərini müzakirə ediblər.

 

“ABŞ dövlət katibinin müavini bildirib ki, rəsmi Vaşinqton Rusiya ilə açıq dialoqun tərəfdarıdır. Tərəflər strateji sabitliyin qorunmasının vacibliyinə dair razılığa gəliblər", deyə Dövlət Departamentinin rəsmisi qeyd edib.

 

Məlumata görə, görüş bir saata yaxın davam edib.

 

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>