Sizin link burada

Bakıda polis bölməsinin ərazisində top mərmiləri tapılıb

Aprelin 20-də saat 13:10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi 1 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.

 

Lent.az xəbər verir ki, məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş rayonun 17-ci polis bölməsinin inzibati ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd boş top mərmisi (1 ədəd 100 mm-lik OF-412, 1 ədəd 122 mm-lik S-463 və 1 ədəd 122 mm-lik OF-530) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş mərmilərin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. 

 

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 20 aprel 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 13 ev və həyətyanı sahəyə, 7 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 11 otlaq sahəsinə, su kanalına, çay sahilinə, Ağstafa su anbarının ətrafına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, dəmiryolu xəttinin yaxınlığına, elektrik deposuna, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, Yuxarı Qarabağ kanalına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 3 468 ədəd partlamamış hərbi sursat, 3 ədəd tank əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilib, 64 365 kv.m ərazi yoxlanılıb.

 

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>