Sizin link burada

Türkiyə parlamenti növbədənkənar seçkilər barədə qərar qəbul etdi

Bu gün Türkiyə Böyük Millət Məclisində növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı təklif səsverməyə çıxarılıb.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, təklif parlamentdə 386 səslə qəbul edilib.

 

 

Beləliklə, bu il iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

 

 

Təklifin müəllifləri Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasıdır.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>