Sizin link burada

Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”

Dünən Türkiyə Kubokunun yarımfinal görüşündə çərcivəsində keçirilən “Fənərbaxça- Beşiktaş” derbisində qonaq komandanın baş məşqçisi Şenol Günəşin başına yad cism ataraq onu yaralayann şəxs yaxalanıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, saxlanılan S. D törətdiyi əməli etiraf edib. O, ilkin ifadəsində bildirib ki, heç kimə ziyan vurmaq istəməyib: “Həmin vaxt rəqib komandanın ehtiyatda olan qapıçısı bizi təhqir etdi. Həmin vaxt gərginlik yarandı. Cibimdəki alışqanı atdım. Lakin heç kimə zərər vurmaq istəməmişəm. Şenol Günəşin başına dəyəcəyini hesab eləməmişəm”.

 

 

Saxlanılan S.D əvvəllərdə təhdid və şəxsiyyəti alçaltmadan əvvəllər məhkumluğu olduğu bildirilib.

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>