Sizin link burada

Elçibəyin 80 illik yubileyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradıldı

Azərbaycanın ikinci prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradılıb.

 

Lent.az-ın xəbərinə görə, bir qrup ziyalı və tanınmış ictimai xadimin 4 fevral 2018-ci ildə Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökumət təşkilatlarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, aydınlarına və ictimai-siyasi fəallarına etdiyi müraciətə cavab olaraq bu gün Elçibəyin 80 illik yubileyi ilə əlaqədar geniş toplantı keçirilib.

 

Toplantıda xalq hərəkatının iştirakçılarından olan Sabir Rüstəmxanlı, Ədalət Tahirzadə, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, İsgəndər Həmidov, o cümlədən Günaz TV-nin rəhbəri Əhməd Obalı, Zəlimxan Məmmədli, Arzu Səmədbəyli və digər ictimai-siyasi fəallar, Elçibəyin yaxın silahdaşları, partiya və media mənsubları iştirak ediblər. Toplantıda yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün İctimai Təşkilat Komitəsi yaradılıb. Komitəyə Əbülfəz Elçibəyin mətbuat katibi və silahdaşı, professor Ədalət Tahirzadə sədr, Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov isə sədr müavini seçilib.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>