Sizin link burada

Eldar Mahmudov məhkəməyə verildi

Sabiq Milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov məhkəməyə verilib.

 

 

Lent.az-ın məlumatına görə, Mətləb Mustafayev sabiq naziri və MTN-nin İstintaq İdarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevi məhkəməyə verib. 

 

Mətləb Mustafayev sabiq nazir Eldar Mahmudova qarşı Yasamal rayon Məhkəməsində iddia qaldırıb. O, iddia ərizəsində bildirib ki, Eldar Mahmudovun sifarişi ilə şərlənərək həbs edilib. 

 

Mətləb Mustafayev sabiq nazirdən 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edib. Bu iddia ərizəsi baxılması üçün hakim Sərdar Mehrəliyevin icraatına verilib.

Məhkəmənin ilkin baxış iclası aprelin 24-nə təyin edilib. 

 

 

Mətləb Mustafayev həmçinin Movlan Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini Səbail rayon Məhkəməsinə göndərib. O, iddia ərisəzində bildirib ki, şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaq Mövlan Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparılıb. Eyni zamanda qeyd edib ki, ona qarşı həmin idarədə qanunsuz hərəkətlər edilib. Guya İran vətəndaşı olan Rza adlı şəxsdən aldığı silahla bağlı barəsində ittiham hazırlanıb.

Mətləb Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat ödəməsini tələb edir.

Bu iddia ərizəsi hakim Nurəddin Bağırovun icraatına verilib.

İlkin baxış iclası mayın 1-nə təyin edilib.

 

Qeyd edək ki, Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib.

O, 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

MTN-in o dövrdə məhkəməyə göndərdiyi ittihamından məlum olur ki, Mətləb Mustafayev istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq odlu silah əldə edib. 

Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham verilib və 2015-ci il aprelin 24-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.Daha sonra Ali Məhkəmə işi yenidən apellyasia stansiyaslna qaytarıb. Apellyasiya Məhkəməsində onun barəsində bəraət hökmü çıxarılıb.

LENT

23 May 2018

Digər xəbərlər >>>