Sizin link burada

"Dağlıq Qarabağa getməyə razılıq verməmişəm" - Hollivud ulduzu

“Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirəm". Lent.az-ın Axşam.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Hollivud ulduzu Stiven Siqal "Facebook" səhifəsində yazıb. 

Aktyor Ermənistana səfər edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O deyib ki, bu cür məlumatlar doğru deyil:

"Məni Ermənistana dəfələrlə səfər etməyə dəvət ediblər, lakin heç zaman razılıq verməmişəm. Həmçinin heç zaman Dağlıq Qarabağa səfər etməyə razılıq verməmişəm".   

Qeyd edək ki, Stiven Siqalın aprelin 22-də Ermənistana, həmçinin Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı Ermənistan mətbuatı xəbər yayıb.

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>