Sizin link burada

Sabah yeni baş nazir seçiləcək

Milli Məclisin sabah plenar iclası keçiriləcək.
 
 
 
APA-nın məlumatına görə, iclasda yeni baş nazirin təsdiqlənməsi məsələsinin müzakirəyə çıxarılması nəzərdə tutulur.
 
 
 
Qeyd edək ki, aprelin 11-də keçirilmiş prezident seçkilərində qalib gəlmiş İlham Əliyevin aprelin 18-də and içərək səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar Nazirlər Kabineti istefaya gedib.
 
 
 
Kabinetin yenidən qurulması üçün MM prezident tərəfindən namizədliyi irəli sürülmüş yeni baş nazirin məsələsinə baxmalıdır.

LENT

23 May 2018

Digər xəbərlər >>>