Sizin link burada

Sevgilisini öldürən şəxsə AĞIR CƏZA

 

 
Sumqayıtda  "JEK" işçisini qətlə yetirməkdə təqsirləndirilən Firuz Nəsiblinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasınım hökmünə əsasən,  F.Nəsibli 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
 
Qeyd edək ki, qətl ötən il noyabrın 9-da Sumqayıtda baş verib. Həsənova Nuridə Bəhram qızının üzərində bıçaqla yetirilməyə xarakterik deşilmiş-kəsilmiş xəsarətləri olan meyiti yaşadığı Sumqayıt şəhəri, 7-8-12 məhəllə, ev 78A, mənzil 19-da aşkar olunub.
 
 
Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Sumqayıt şəhər sakini Nəsibli Firuz Şadət oğlu tərəfindən törədildiyi məlum olub. Qətlin aralarında yaranmış şəxsi münasibətlər zəminində törədildiyi və həmin şəxslərin sevgi münasibətlərinin olduğu bildirilir.
 
 
 
Qətlə yetirilən N.Həsənova Sumqayıtda Mənzil İstismar Sahəsində (JEK) işləyirmiş.

LENT

23 May 2018

Digər xəbərlər >>>