Sizin link burada

Arsen Venger 22 il işlədiyi klubdan istefa verdi

Londonun “Arsenal” klubunun fransalı baş məşqçisi Arsen Venger rəsmən istefa verdiyini bəyan edib. Lent.az idman mediasına istinadən xəbər verir ki, bu barədə təcrübəli məşqçi klubun saytında yerləşdirilmiş bəyanatında bildirib.

 

O, 1996-cı ildən işlədiyi klubda həmişə vicdanla və ləyaqətlə fəaliyyət göstərdiyini deyib və mövsümün sonundan etibarən vəzifəsinə davam etməyəcəyini deyib.

 

Qeyd edək ki, Arsen Venger “Arsenal”ı 1996-cı ildən çalışdırır. Son illərdə onun rəhbərlik etdiyi komanda ciddi uğur qazana bilmirdi.

 

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>