Sizin link burada

“Cümhuriyyət Ordusunun Qarabağ döyüşləri” sənədli filmi çəkilir

“Cümhuriyyət Ordusunun Qarabağ döyüşləri” adlı sənədli filmin çəkilişinə başlanılıb.

 

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən reallaşdırılan layihə “100 ilin dərsləri: Cümhuriyyət ordusunun Qarabağ döyüşləri” adlanır. Layihə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu zaman ərzində Azərbaycan Milli Ordusunun Qarabağda erməni separatizminə və aqressiyasına qarşı apardığı mübarizədən bəhs edir.

 

Layihənin məqsədi Azərbaycan Xalq Cümhuriyyəti zamanında Azərbaycan Milli Ordusunun Dağlıq Qarabağda erməni təcavüzkarlarına və separatçılara qarşı apardığı mübarizə barədə tarixi və sənədli materiallar əsasında, həmçinin mövzu üzrə ekspertlərin iştirakı ilə sənədli film hazırlamaqdır.

 

Filmdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun təşkilatlanması və Qarabağda erməni terrorçularına qarşı mübarizəsi barədə faktlar və görüntülər yer alacaq, mövzu ilə bağlı mütəxəssislər danışacaq, habelə Azərbaycan Respublikasının işğal altında olan torpaqlarımızın azadlığı istiqamətində yeritdiyi siyasətin faydaları təbliğ ediləcək.

 

 

 

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>