Sizin link burada

Azərbaycanda saxlanılan FETO-çu barəsində həbs qətimkan tədbiri seçildi

Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən dövlət ittihamçısının ötən proses verdiyi vəsatətlə müzakirə edilib.

 

Xatırladaq ki, ötən proses prokuror təqsirləndirilən şəxsin həbs müddətinin uzadılmasını və onunla bağlı Dövlət Miqrasiya Xidmətinə və  BMT-yə sorğu verilməsini istəmişdi.

 

 

Təqsirləndirilən şəxsin vəkili Tural Əmənovda sorğularla bağlı verilən vəsatətin təmin edilməsi lakin həbs müddətinin uzadılmamasını istəyib. Lakin Mustafa Ceyhanın həbs qətimkan tədbiri seçilib. Sorğular isə cavab gözləniləcək.

 

Proses aprelin 30-a təyin edilib.

 

 

Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək, barəsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

 

Qazax Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.

 

Daha sonra Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.

LENT

23 May 2018

Digər xəbərlər >>>