Sizin link burada

Təranə - Könül qalmaqalı yenidən alovlandı: "Həqiqəti bilsəz..."

Müğənni Könül Kərimova ilə Təranə Qumral arasındakı qalmaqal yenidən alovlanıb.

Lent.az-ın məlumatına görə, Kərimovanın “5/5” verilişində Təranəni görəndə durub getməsi müzakirələrə səbəb olub. Müğənni isə T.Qumrala görə onu qınayanlara sosial şəbəkədə cavab verib:

 

 “Siz həqiqəti bilsəniz, həyata, insanlığa nifrət edərsiniz. Ən azı yazdıqlarınıza görə utanarsınız. Şükr edirəm ki, həmin an ürəyim dayanmadı. Allah mənə güc verdi. Nə isə. Hər şey yaxşıdır”.
 

T.Qumral isə bu paylaşımı yayımlayaraq Könülə iradını bildirib:

“Dostlar, bu, Könüllə bir xanımın yazışmasıdır. Necə yayıldığını bilmirəm. Amma atalar yaxşı deyib, keçinin buynuzu qaşınanda, özünü sürtməyə yer axtarır. Zaur Kamalın verilişinə gəlmişdim, üzbəüz, xalqın qarşısında sözünü üzümə deyərdin. Oradan qaçıb arxadan niyə xəlvət yazışırsan? Mən heç nə demirəm, hər şeyi sizin ixtiyarınıza buraxıram”.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>