Sizin link burada

Bakıda 3 azyaşlı yanğından xilas edildi - YENİLƏNİB

Bakıda yaşayış binasında baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən bildirir ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 60 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 8 m2 sahədə yanmıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər azyaşlı mənzildən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

 

 

14:24

 

 

Bakıda yaşayış binası yanır.

 

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə paytaxtın Hüseyn Cavid prospekti 186 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsindəki mənzillərdən birində meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Yanğının fotoları sosial şəbəkələrdə yayılıb.

LENT

23 May 2018

Digər xəbərlər >>>