Sizin link burada

Azərbaycanda saxlanılan FETO-çunun həbsi tələb edilir

Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Mustafa Ceyhanın müdafiəsinə yeni vəkil Tural Əmənov qoşulub.

 

Həmçinin BMT-in Qaçqınlar üzrə Ali Komisiarlığının  Bakı nümayəndəliyinin vəkili Elvin Səlimov işə qoşulub. Təqsirləndirilən şəxs ötən prosesdə bildirib ki, onun BMT-dən siyasi sığınacağı var

 

Prosesdə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun və Türkiyə səfirliyinin nümayəndələri iştirak edib.

 

 

Prosesdə təqsirləndirilən şəxs deyib ki, ona bildirişlər və iş materialları verilməyib.

 

 

Dövlət ittihamçısı çıxış edərək bildirib ki, Mustafa Ceyhanın həbs müddəti başa çatdığı üçün onun barəsində yenidən həbs qətimkan tədbiri seçilməlidir. Həmçinin prokuror Miqrasiya Xidmətinə Mustafa Ceyhan barəsində sorğu verilməsini tələb edib.

 

 

Hakim vəsatətlərə sabah münasibət bildiriləcəyini deyib. Proses təxirə salınıb.

 

 

 

Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullhçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək, barəsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

 

Qazax Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.

 

Daha sonra Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.

 

LENT

23 May 2018

Digər xəbərlər >>>