Sizin link burada

"Ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmirik" - DİM

Dövlət İmtahan Mərkəzi qurumun ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etdiyinə dair yayılan məluamatlara münasibət bildirib.
 
 
DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qurum tərəfindən yalnız müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan  magistrlər üçün yeni təhsil proqramları əsasında buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması, onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları təşkil edilir: "Çox təəssüf ki, bəzi kütləvi informasiya vasitələrində verilən məlumatlarda müəyyən şəxslər marker hazırlıq kursu ilə abituriyent hazırlıq kurslarını səhv salır. Bir daha bildiririk ki, DİM abituriyentlər üçün ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmir və digər kommersiya məqsədilə yaradılan kursların heç biri ilə əməkdaşlıq etmir".

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>