Sizin link burada

Elarizin açıqlaması QALMAQAL yaratdı - Röya ona güldü

Müğənni Elariz Məmmədoğlunun “APA TV”-nin “Show time” verilişində söylədiyi “Bizim müğənniləri Türkiyədə tanımırlar” sözləri qalmaqala səbəb olub. Lent.az-ın məlumatına görə, E.Məmmədoğlunun sözlərinə əməkdar artist Röya Ayxan sosial şəbəkə vasitəsi ilə cavab verib. O bildirib ki, Elarizin bu açıqlaması onu çox güldürüb: “Elariz, Allah səni güldürsün. Dua et ki, biz varıq və sənə sual tapmırlar, bizi soruşurlar. Bir söz deyim, orada demək olar ki, media, sənəti anlayan insanlar Aygünü, məni və Güneli tanıyır. Nə isə, onu boş ver. De görüm, nə var, nə yox?”  

 

 

Qeyd edək ki, E.Məmmədoğlu “Show time” verilişində aparıcının “Türkiyədə bizim müğənniləri tanıyırlarmı?” sualına bu cür cavab vermişdi:  “Türkiyədə mövcud olan müğənnilər var ki, bizimkilər onların sırasında yoxdu. Ola bilər ki, 3-5 dəfə Türkiyəyə gediblər, verilişdə çıxış ediblər və Bakıya qayıdıblar. Sabah mənim bu sözlərimdən qalmaqal olacaqsa, olsun, reallığı dedim. Qoy sübut eləsinlər ki, onları orada tanıyırlar. Mən də baxım, fəxr edim”.

LENT

23 May 2018

Digər xəbərlər >>>