Sizin link burada

İndoneziyada zəlzələ, ölən və yaralananlar var

İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 2 mindən çox insan xüsusi sığınacaqlara yerləşdirilib.

 

Məlumata əsasən, 4,4 maqnitudalı təkanlar yüzlərlə yaşayış evi, məktəb və məscidlərə ziyan vurub.

 

Yerli vaxtla saat 13:30-da qeydə alınan zəlzələnin episentri Bancarneqara şəhəri yaxınlığında yerləşib.

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>