Sizin link burada

İrəvanda saxlanılanların sayı 91-ə çatdı

İrəvanda Serj Sarkisyanın baş nazir təyinatına etiraz əlaməti olaraq keçirilən aksiya nəticəsində saxlanılanların sayı 91 nəfərə çatıb.

 

APA-nın "Sputnik Armeniya” ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən məlumat verilib.

 

Saxlanılanlardan 37 nəfərə inzibati iş açılıb, daha 54 nəfərin işi üzrə materiallar isə mümkün cinayət tərkibinin təsdiqlənməsi üçün istintaqa verilib.

 

Qeyd edək ki, aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasda Serj Sarkisyan baş nazir elan olunub. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>