Sizin link burada

“Formula-1"lə bağlı bu avtobusların hərəkət sxemində dəyişiklik edilir

Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124)  avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.
 
 
 
Bu barədə “APA-Economics”ə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
 
 
 
Məlumata görə, 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılacaq.
 
 
 
“Məlumat üçün bildiririk ki, müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 23.04.2018 tarixindən etibarən tətbiq ediləcək və 01.05.2018-ci il tarixinədək qüvvədə olacaq”, - deyə deyə M.Ağayev əlavə edib.

LENT

21 İyul 2018

Digər xəbərlər >>>