Sizin link burada

Qənirə Paşayeva şəhid Dinar Mustafayevin anım mərasimində iştirak edib

Şəmkir rayonunda düşmənə əsir düşməmək üçün özlərini partladan Azərbaycan Ordusunun 7 kəşfiyyatçısından biri, “Azərbaycan Bayrağı”  ordeni ilə təltif olunmuş şəhid Dinar Mustafayev ilə bağlı anım tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə millət vəkilləri  Qənirə Paşayeva, Sona Əliyeva, Mərkəzinin layihə rəhbəri Arzu Həsənova,  şəhid olmuş kəşfiyyatçıların ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirdə  qəhrəman şəhidimiz Dinar Mustafayev və onunla bərabər  1997-ci ildə əsir düşməmək üçün özlərini partladan 7 kəşfiyyatçının döyüş qəhrəmanlıqlarından danışılıb və həmin qəhrəmanlar üçün çəkilən film təqdim edilib.

 

Daha sonra isə millət vəkili  Sona Əliyeva, Qənirə Paşayeva qəhrəman şəhidimizin ömür yolu ilə, onun qəhrəmanlığı ilə bağlı geniş çıxış ediblər.

 

Q. Paşayeva “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Dinar Mustafayevin  vətənpərvərliyi barədə geniş danışıb və gəncləri məhz belə qəhrəman oğullardan örnək götürməyə çağırıb. 

 

Tədbirdə “Aprel 2016” Şəhid Ailələrinə dəstək İB-nin həmsədrlərindən Aida Eyvazlı, Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, N-saylı hərbi hissənin heyət üzvləri, rayon Qarabağ əlilləri cəmiyyətinin, Şəmkir rayon Polis Şöbəsinin rəis müavini Yaşar Hüseynov, müəllimlər, ziyalılar çıxış edərək geniş fikirlərini söyləyiblər.  

 

Dinar Mustafayevin müəllimi, ziyalılar, Qəhrəman şəhidimiz Dinar Mustafayevin döyüş yoldaşı Əhmədov Aqil Mürsəl oğlu da onunla bağlı xatirələrini və fikirlərini bölüşüb. Qəhrəman şəhidimizin anası, bacıları, dayısı da çıxış edərək qəhrəman şəhidimizin ən böyük arzusunun torpaqlarımızı işğaldan azad görmək olduğunu deyiblər.

LENT

26 Aprel 2018

Digər xəbərlər >>>