Sizin link burada

Piyadanı öldürüb qaçan sürücü tutuldu

Şabranda ağır yol qəzası törətmiş sürücü tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 17 –də gecə saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Magistralın Şabran rayonu ərazisindən keçən hissəsində Cahangirov Asim Məmməd oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətdən dünyasını dəyişib. 

Dərhal Şabran RPŞ əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsini “Mercedes Benz” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə yol qəzasını törədərək hadisə yerindən yayınmaq istəyən avtomobilin sürücüsü – Bəşir Mühtümov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

 

LENT

17 İyul 2018

Digər xəbərlər >>>