Sizin link burada

Yunanıstan yığmamızla oyundan imtina etdi

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının mayda keçiriləcək yoldaşlıq oyunları ilə bir dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, mayın 16-da Bakıda Yunanıstan yığmasına qarşı keçirilməsi nəzərdə tutulan oyun baş tutmayacaq.

 

Buna Ellada təmsilçisinin Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamızla görüşməkdən imtinası səbəb olub. AFFA yığmamızın həmin gün qarşılaşması üçün başqa rəqib də tapıb. Komandamız Gürcüstanın U-20 yığması ilə üz-üzə gələcək.

LENT

21 Aprel 2018
20 Aprel 2018

Digər xəbərlər >>>